19.09.2024, 16:28
AZ EN
06.03.2023, 15:50 324

Baş nazir dələduzu həbsdən buraxdırıb

XƏBƏRLƏR

Ermənistan hökumətində vaxtilə baş nazir olan Hovik Abrahamyanın evini baha qiymətə satın alan, "Qolden Feles" otelinin sahibi, "Proyekt inter-invest" səhmdar cəmiyyətinin təsisçisi Narek Nalbandyan benzin və taxıl ticarətində vergidən yayınmasına görə dövlət gəlirlər komitəsinin arayışı əsasında saxlanılıb. Araşdırma zamanı aydın olub ki, dövlətə 1 milyard 496 milyon 765 min dram ziyan vurub. Bununla bağlı cinayət işi açılıb, ziyan ödənilib və dələduz biznesmen sərbəst buraxılıb. Erməni mətbuatı onun azadlıqdan məhrum edilməməsinə bilavasitə baş nazir Nikol Paşinyanın göstəriş verdiyini iddia edir.

Sözügedən xəbəri "Lurer.com" və "Hraparak" yayıb.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR