- "Hraparak"ın bu gün səhər tezdən yaydığı xəbərdə göstərilir ki, Xankəndidəki banda başçıları Araik Harutyunyan və Ruben Vartanyan dünən qapalı şəraitdə görüşüblər. İki banda başçısının görüşünün səbəbi isə Rubenin ötən həftə "arsaxın təhlükəsizliyi və tərəqqisi ictimai cəbhəsi" adlı yeni banda yaradaraq bəyanat yaymasına münasibət sərgilənməsi olub.
Araik Harutyunyanın həmin bəyanatda səslənən fikirlərlə razı olmadığını bildirən agentlik daha hansı məsələlərin müzakirə edildiyi barədə hələlik dəqiq məlumat əldə edə bilmədiyini, lakin bununla bağlı əlavə işlər getdiyini vurğulayıb.
Nəsib