Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın İctimai Televiziyasının efirində bəyan edib.
O vurğulayıb ki, Azərbaycan benzininin idxalı birdəfəlik təşəbbüs deyil: "Bu, uzunmüddətli və dayanıqlı prosesdir".
Yanacağın Gürcüstan ərazisindən tranziti barədə danışan Papoyan qeyd edib ki, Tbilisi münasib və aşağı tarif təklif edib, buna görə də yanacaq qiymətlərinin artımı gözlənilmir.
Xatırladaq ki, 9 yanvar tarixində Azərbaycan Ermənistana ikinci neft məhsulları partiyasını göndərib. (Report)