21.11.2024, 18:00
AZ EN
27.01.2023, 13:51 261

Qarabağ separatçılarını dəstəkləyənlər həbs olunur

XƏBƏRLƏR

Son iki gündə erməni mətbuatında yayılan xəbərlər sırasında diqqət çəkən mövzulardan biri də Laçın-Xankəndi yolundakı ekoaksiyanın Rusiyada yaşayan ermənilər tərəfindən də Qarabağdakı haylara qarşı "soyqırımı" kimi təqdim edilməsi ilə bağlı xəbərlərdir. O da qeyd olunur ki, yanvarın 26-da Rusiyanın Sankt Peterburq və Yekaterenburq şəhərlərində yerli hay icmasının rəhbərlərinə, o cümlədən Sverdlovsk vilayətində "Ani-Armeniya erməni icması" ictimai təşkilatı şurasının sədri Masis Nazaryana qarşı Qarabağdakı haylara dəstək məqsədilə nümayiş təşkil etdiyinə görə cinayət işi açılıb. Polislər onu icazəsiz mitinq keçirməkdə təqsirləndirir. Onunla birgə Helen Kirakosyan adlı şəxs barəsində də analoji tədbir görülüb. Onların "arsax, biz səninləyik" plakatının və Ermənistanın dövlət bayrağının aydın göründüyü şəkilləri isə sübut kimi işə əlavə olunub.

Ermənilər yazırlar ki, erməni ictimai rəhbərlərə və fəallara qarşı belə münasibət göstərilməsi "ilk növbədə erməni mövzusunun qapanması məqsədinin reallaşdırılmasına xidmət edir". İkinci səbəb isə rəsmi rus hakimiyyətinin ölkədəki erməni diasporunun mövqeyi ilə indi qətiyyən hesablaşmamasıdır.

"Hraparak"ın yanvarın 27-də yaydığı "RF-da lokal səviyyədə anladırlar ki, onların yanında anlaqsız olmaq vacibdir" başlıqlı məqalədə jurnalist Serop Marutyan onu da yazır ki, Qarabağdakı hayların təhlükəsizlik məsələləri məhz Rusiya sülhməramlı qüvvələrinə həvalə olunub. "Rusiya bütün mənalarda məsuliyyət daşıyır", - deyə o, həm də sülhməramlı qüvvələr tərəfindən ekoaksiya iştirakçılarına qarşı güc tətbiq olunmasının vacibliyi kimi təxribatçı təklif irəli sürüb.

N.Qaramanlı

Oxşar xəbərlər