10.06.2025, 01:53
AZ EN
15.02.2024, 12:08 340

Erməni qadın avropalı "müşahidəçi"ləri satdı

XƏBƏRLƏR
  • Erməni mətbuatında soyadı gah Alibekova, gah da Adıbekova yazılan Anjela adlı özünü Azərbaycanşünas adlandıran qadın "Hraparak"ın müxbiri Hayk Gevorkyana verdiyi yeni müsahibəsində təkcə tarixi deyil, həm də adi reallığı dərk edə bilmədiyini açıqlayıb. O, Azərbaycan əsgərinin erməni snayperi tərəfindən vurulduğunu əks etdirən görüntülərə də məhz erməni gözləri ilə baxaraq həqiqəti təkzib etməyə cəhd edir. Sonra isə belə bir gülməli ifadə işlədir ki,baş qərargah atəş açmamaq barədə əmr verdiyinə görə erməni hərbçiləri heç vaxt atəş açmır, yalnız müvafiq qərardan sonra hərəkətə keçir.

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinə də genetik koduna məxsus dəyər verən Anjela əlavə edib ki, azərbaycanlılar erməni əsgərlərini öldürməklə Prezident İlham Əliyevin qələbəsini təbrik etmək istəyində olublar və guya həm də içkili olublar. Sual yarana bilər: İrəvanda isti ofisdə oturub Azərbaycan əsgərlərinin nə yeyib-içdiyini Anjela necə bilər? Bəlkə, "sevgililər günü" ilə bağlı bizim əsgərlərə qonaq gəlibmiş? Təbəssüm yaradacaq bu ifadəyə onu da əlavə edək ki, Ermənistanın böyük bacısı Fransanın Azərbaycana qarşı mövqeyini alqışlayan bu xəstə təxəyyüllü qadın Ermənistandakı Avropa İttifaqı "müşahidəçilərinin" soyuq havada içki qəbul etdiklərini sətiraltı da olsa etiraf edir. Amma açıqlamır ki, avropalı "müşahidəçilər" vərdiş etdikləri şərabı içirlər, yoxsa, Ermənistanda istehsal olunan "russkaya vodka"?

Amma Anjelanın maraqlı və reallığı əks etdirən aşağıdakı fikri ilə razılaşmamaq mümkün deyil: Azərbaycan öz istəyinə nail olacaqdır!

N.Qaramanlı

Oxşar xəbərlər