Tərəflər arasında danışıq Mirzoyanın Tbilisiyə səfəri çərçivəsində baş tutub.
Onlar strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı və avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları müzakirə ediblər.
Mirzoyan Vaşinqton sammitinin nəticələrinin region üçün yeni imkanlar açdığını vurğulayıb və Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi dəstəyə görə Gürcüstana minnətdarlığını bildirib.
Tərəflər həmçinin beynəlxalq hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (Report)