16.12.2025, 16:40
AZ EN
16.12.2025, 12:34 197

Qarabağı könüllü tərk etmiş ermənilərin 26 mindən çoxu Ermənistan vətəndaşlığı alıb

XƏBƏRLƏR
  • Qarabağı könüllü tərk etmiş ermənilərdən 26 233 nəfəri Ermənistan vətəndaşlığı alıb.

Bunu Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Babken Tunyanın sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, daha 6 696 nəfər isə vətəndaşlıq üçün müraciət edib və onların müraciətləri baxılma mərhələsindədir.

“Bu günə qədər 26 233 nəfər vətəndaşlıq alıb, onlardan 16 919-u yetkin, 8 314-ü isə yetkinlik yaşına çatmayandır. Vətəndaşlıq üçün müraciət edən və ərizələri hələ də işlənmə mərhələsində olanların sayı 6 696-dır”, - Xaçatryan bildirib. (APA)

Oxşar xəbərlər