01.12.2024, 21:26
AZ EN
05.11.2024, 13:19 221

Ermənistanda yeni ədliyyə naziri təyin edilib

XƏBƏRLƏR
  • Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş prokurorun sabiq müavini Srbui Qalyanın yeni ədliyyə naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə prezident aparatının mətbuat xidməti məlumat yayıb. Təyinat baş nazirin təklifi əsasında həyata keçirilib. Sabiq ədliyyə naziri Qriqor Minasyan istefa ərizəsini oktyabrın 1-də təqdim etmişdi. Hakim “Vətəndaş müqaviləsi” partiyası bir aydan çox çəkən axtarışlardan sonra xanım Qalyanın namizədliyi üzərində dayanıb

Ermənistan mediasında yayılan məlumata görə, Minasyanın istefası üçün imza toplanması kampaniyası baş nazir Nikol Paşinyanın partiyasının parlamentdəki fraksiyasının bir neçə deputatı tərəfindən təşkil olunub. Onlar konkret səbəb göstərməyiblər. Lakin ekspertlərin fikrincə, bu demarş Qriqor Minasyanın respublikanın eks-prezidenti, müxalifət liderlərindən biri Serj Sarkisyanın ailəsi ilə qohumluq əlaqələri ilə bağlıdır. (AZƏRTAC)

Oxşar xəbərlər