27.10.2025, 18:16
AZ EN
20.09.2025, 22:35 143

Paşinyan: Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir

XƏBƏRLƏR
  • Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir.

Bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib.

"Tonqala yaxınlaşıb uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ağrı dağı cavabını verdi. Amma Ağrı dağının Ermənistan Respublikasında yerləşmədiyini belə bilmirlər. Sonra öyrənirlər və təəccüblənirlər - Ağrı dağı Ermənistan Respublikasında deyilmi? Onlar bizim haqqımızda nə düşünürlər?", - Baş nazir uşaqlarla söhbətin nə vaxt və hansı şəraitdə baş verdiyini dəqiqləşdirmədən hiddətlə danışıb.

Qeyd edək ki, Ermənistanın viza möhüründən Ağrı dağının təsvirinin çıxarılması barədə qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib. (Report)

Oxşar xəbərlər