19.09.2024, 16:35
AZ EN
09.03.2024, 15:39 163

Ermənistan KİV: Paşinyanın deputatlarla görüşlərindən əvvəl onların telefonları əlindən alınır

XƏBƏRLƏR
  • Ermənistan KİV-i baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları ilə görüşdən əvvəl gördüyü təhlükəsizlik tədbirlərindən yazıb.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qeyd olunub ki, Paşinyanla qapalı görüşlərdən əvvəl "Vətəndaş Müqaviləsi" partiyasının deputatlarının mobil telefonları yığılır, iclas zalında isə səsboğucular işləyir.

Paşinyanın ötən gün hakim partiyanın nümayəndələri ilə keçirilən görüş öncəsi bu cür tədbirlərə əl atdığı bildirilib.

Nəşrin məlumatına görə, Paşinyanın mühafizə dəstəsinin əməkdaşları baş nazir gəlməzdən əvvəl parlament binasına daxil olaraq yoxlanış keçiriblər. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR