20.09.2024, 18:32
AZ EN
10.09.2024, 11:50 216

Qarabağdan köçənlər nəzarətə götürülüb

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü paylaşımında Qarabağdan könüllü köçən ermənilərin müxalifət, xüsusilə keşiş Bağratın adamları ilə ünsiyyətdə olmaması üçün əməli fəaliyyətin davam etdiyi barədə də xəbər yayılıb.

Qeyd olunub ki, hakimiyyət öncə bu işlə Samvel Babayanın məşğul olmasını istəsə də o, buna nail ola bilməyib. Ona görə də sözügedən məsələ ilə bağlı ayrıca ictimai birlik yaradılmasına başlanılıb və həmin quruma Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın xüsusi xidmət orqanı əməkdaşı olan və vaxtilə Xankəndidə işləyən Andranik Qriqoryan rəhbərlik edir. Artıq işin sürətlənməsinə başlanılıb və xeyli adam hakimiyyətin tərəfinə keçib ki, bu da müxalifləri narahat etməkdədir.

Agentlik sonda əlavə edib ki, Qarabağdan köçənlərin "verbovka" prosesi davamlı olacaq ki, onların idarə olunmasında problem yaranmasın.

N.Qaramanlı

Oxşar xəbərlər