Bu barədə xarici KİV xəbər verir.
"Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var", - o qeyd edib.
N.Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh bağlanıb.
"Bəyannamənin mətni imzalanıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda var", - o bildirib. (Report)