12.09.2025, 01:22
AZ EN
28.08.2025, 17:27 210

Selçuk Bayraktar: Artıq Türkiyə müdafiə sənayesi gəmilərdəki hərbi mexanizmi də istehsal edir

XƏBƏRLƏR
  • Artıq Türkiyə müdafiə sənayesi gəmilərdəki hərbi mexanizmi də istehsal edir.

Bunu "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar "TEKNOFEST - Mavi Vatan" çərçivəsində "Haber Global"a açıqlamasında deyib.

O, nümayiş etdirilən gəmilər barədə də geniş məlumat verib:

"Gəmilərdəki hərbi sistem və mexanizmin Türkiyədə istehsal edilməsi gəminin özünün hazırlanmasından da vacib bir məsələdir".

S.Bayraktar həmçinin vurğulayıb ki, hazırkı festival Türkiyənin hərbi dəniz qüvvələrinin milli güc və imkanlarının nümayişini həyata keçirir: 

"Sentyabrın 17-21-də İstanbul Atatürk Hava Limanında ənənəvi olaraq"TEKNOFEST" keçirləcək".

Xatırladaq ki, "TEKNOFEST - Mavi Vatan" avqustun 31-dək davam edəcək. (Report)

Oxşar xəbərlər