Məlumata əsasən, sözügedən seçkidə iştirak edən 5 siyasi qüvvənin heç biri 50+1 faiz səs toplaya bilmədiyinə görə bələdiyyənin strukturlarını təşkil edə bilməz. Seçicilərin 36,21 faizinin səsini qazanan hakim partiyanın namizədi Sarik Minasyan belə nəticəni gözləmədiyini bildirsə də digər namizədlər onun "karusel" üsulu ilə birinci olduğunu bəyan ediblər. Amma hakim partiyada da narahatlıq yaranıb ki, artıq seçicilərin əksəriyyətinin inamını itiriblər və gələn il keçiriləcək parlament seçkisində qalib gəlmək şansını sual altına alıb.
Agentliyin verdiyi digər xəbərdə isə bildirilir ki, hər iki düşərgədə qanqaraçılığı başlayıb və həm iqtidardakılar, həm də müxaliflər 1 aprel beynəlxalq yumor gününü qanıqara keçirir.
Nəsib