Bunu iqtisadiyyat naziri Gevork Papoyan brifinqdə bildirib.
Onun sözlərinə görə, bütün mübahisələrin həllini hökumətin üzərinə qoymaq olmaz, bunun üçün institusional mexanizmlər lazımdır. İşçilərlə müəssisə rəhbərliyi arasında mübahisələrin həlli üçün həmkarlar ittifaqları kimi institut da mövcuddur.
"Yalnız onu əlavə edə bilərəm ki, ən yaxşı həll kombinatın işini mümkün qədər tez bərpa etməkdir. Kombinatın fəaliyyətsiz olduğu hər bir gün ölkə iqtisadiyyatına təsir edir, istehsal və ixrac həcminin azalması isə sosial nəticələrə səbəb ola bilər", - nazir qeyd edib.
Daha əvvəl verilən məlumata görə, kombinat işçiləri arasında silah tətbiq edilməklə dava baş verib. İnsident tətil edən əməkdaşlarla tətilə qarşı çıxanlar arasında olub. Etirazçılar odlu silah və bıçaqlarla işi davam etdirmək istəyənlərə hücum ediblər.
Kombinat əməkdaşlarının bir hissəsi artıq yeddinci gündür ki, tətil edir. Onlar əməkhaqqının 50 % artırılmasını tələb edirlər. (Report)