Mətbu qurum Paşinyanın ətrafındakı etibarlı mənbəyə istinadən əlavə edib ki, baş nazir əvvəllər Gümrüyə gedəndə Xaçatur Sukiasyana məxsus "Viktoriya plaza"da gecələyirdisə bu dəfə təhlükəsizlik baxımdan daha etibarlı hesab edilən, "Şiraz plaza"da gecələyəcəkdir. Həmin otel isə hazırda müxalifətdə olan sabiq deputat Arman Sahakyana məxsusdur. Jurnalist araşdırmalarına görə,A.Sahakyan müxalifətdə təmsil olunsa da Gümrü bələdiyyəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Sarik Minasyanın həm yaxın dostu, həm də onun müxalifətdəki xəbərçisidir.
N.Qaramanlı