20.09.2024, 11:26
AZ EN
20.09.2023, 14:30 276

Dumanın komitə sədri: Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla əsas işi görüb

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla əsas işi görüb.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri və Liberal Demokrat Partiyasının sədri Leonid Slutski bildirib.

Rusiyalı parlamentari Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının mümkünlüyü barədə sualı da cavablandırıb. O, bu məsələnin hələ qaldırılmadığını bildirib.

Eyni zamanda, Slutski qeyd edib ki, Ermənistanla əməkdaşlığın üstündən xətt çəkmək hələ tezdir, çünki Paşinyan bütün Ermənistan demək deyil. (APA)

Oxşar xəbərlər