"Hraparak"ın bu günkü paylaşımında göstərilir ki, sentyabrın 2-də Surp Anna deyilən kilsədə keşiş Bağratın çağırışı ilə toplaşmış haylar "arsax günü" ilə bağlı növbəti yas tədbirində iştirak edib və həmin kilsəni özlərinin baş qərargahı kimi tanımağı qərara alıblar. Keşiş Bağrat deyib ki, əgər hakimiyyət buraya nə vaxtsa axtarış üçün polis, yaxud təhlükəsizlik xidməti əməkdaşı göndərərsə, müqəddəs məkan çirklənmiş olacaqdır. Sırf dini xurafat nümunəsi olan bu fikir artıq mətbuatda da yayılmağa başlayıb. Amma heç bir hay jurnalist etiraf etmir ki, müqəddəs Anna adlandırdıqları bu dini məkan da çoxdan terror, təxribat yuvasına dönüb.
Nəsib Qaramanlı