19.10.2024, 00:21
AZ EN
08.08.2023, 17:47 232

İrəvanın sabiq vitse-merinə yeni ittiham irəli sürülüb

XƏBƏRLƏR
  • İrəvanın sabiq vitse-meri Vahe Nikoyana yeni ittiham irəli sürülüb.

Bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Nikoyan “Sanitek” şirkətinə İrəvanda zibillərin yığılması və şəhərin sanitar təmizliyinin həyata keçirilməsi üzrə müsabiqədə qalib gəlməyə kömək edib. Bunun əvəzində onun atası 2015-ci ildə həmin şirkətə əmlakını süni şəkildə şişirdilmiş qiymətə (436.5 milyon dram) uzunmüddətli icarəyə verib.

Məlumatda deyilir ki, “Sanitek” şirkəti müsabiqədə qalib gələndən sonra uzun illər ərzində paytaxtda təmizlik işləri düzgün təşkil edilməyib. Nəticədə bu işlə məşğul olan şirkətlər 3 milyard dramdan çox gəlir əldə edib.

Bir müddət öncə isə, Nikoyanın barəsində bələdiyyə torpaqlarını qanunsuz satması ilə bağlı ittiham irəli sürülmüşdü.

Hazırda sabiq vitse-mer barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Oxşar xəbərlər