Onun müxbirə verdiyi açıqlama sübut edir ki, hazırda Ermənistanda təkcə siyasi ab-hava deyil, mənəvi-psixoloji durum da, əhalinin bir-birinə münasibəti də getdikcə pisləşir. Vaxtilə tabeliyində çalışdığı nazirlik tərəfindən dəfələrlə mükafatlandırılan Qayane Sahakyanın işdən qəflətən çıxarılmasının özü də erməni xislətinin heç bir bəşəri mənəvi dəyərlərə uyğun gəlmədiyindən xəbər verir.
Agentlik sonda bildirib ki, onun işdən çıxarılmasına səbəb Qarabağdan könüllü köçüb İrəvanda məskunlaşmış hayların hakimiyyət tərəfindən qayğı ilə əhatə olunmamasına qarşı dediyi sərt sözlər olub. Sabiq direktor müavini müxbirlə söhbətində digərləri kimi özünün də ölkəni tərk edəcəyini istisna etməyib.
N.Qaramanlı