"Hraparak" xəbər verir ki, dünəndən Gümrüdə olan baş nazir Nikol Paşinyan yeni məktəb binası ilə tanış olmaq üçün bu gün Amasiyaya yola düşəcək. Buna qədərsə o, Gümrüdə şəhər meri Vartges Samsonyanla görüşüb və onun işindən narazı olduğunu bildirib. Agentlik əlavə edib ki, dünən Gümrünün sabiq meri Samvel Balasanyanın oğlu Misak Balasından Ermənistanın İrakda səfiri təyin edilib. Bu, Nikolun keçmiş rəqibinə qarşı kin saxlamadığı görüntüsü yaratmağa hesablanıb. Şəhər meri vəzifəsinin də "Vətəndaş müqaviləsi" partiyasının nümayəndəsinə ötürülməsi nəzərdə tutulub. Ən şanslı namizəd isə Nikolun həyat yoldaşı Annanın xalasının nəvəsi, merin müavini Vahaqn Mkrtçyandır.
N.Qaramanlı