04.02.2025, 13:51
AZ EN
04.02.2025, 08:23 241

Vardanyan: Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin daha bir tələbini qəbul edib.

Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan deyib.

Söhbət Ermənistanda revanşizm və ekstremizmə qarşı mübarizədən gedir.

“Azərbaycan ölkə daxilində revanşizm və ekstremizmə qarşı mübarizə aparılmasını tələb edib, Paşinyan da bunlara qarşı tədbirlər görməyə razılaşıb”, - Vardanyan bildirib.

Vardanyan qeyd edib ki, Əliyev və Paşinyan arasındakı razılaşmaya Ermənistanda “Qarabağ mövzusu”nun tamamilə bağlanması daxildir.

Hazırladı: Günel QULİYEVA

Oxşar xəbərlər