31.07.2025, 11:58
AZ EN
01.08.2023, 11:56 317

Ermənistanın keçmiş müdafiə naziri 44 günlük müharibə ilə bağlı dindirilir

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada dindirilir.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, hazırda sualları cavablandırır.

D.Tonoyan söyləyib ki, 2020-ci ildə hərbi əməliyyatların başlanma vaxtını kimsə proqnozlaşdıra bilməyib.

O bildirib ki, 44 günlük müharibədən əvvəl vəziyyət təhlükəli qiymətləndirilirdi: “Amma kimsə bilmirdi ki, müharibə nə zaman başlayacaq”.

D.Tonoyan qeyd edib ki, 2020-ci il sentyabrın 27-dək Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması üçün bütün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub. (Report)

Oxşar xəbərlər