18.12.2024, 20:53
AZ EN
15.03.2024, 12:31 174

Qarabağdan köçən qadınlar irəli verilir

XƏBƏRLƏR

"Hraparak"ın bu günkü sayında Qarabağdan könüllü köçən ermənilərin nümayəndələrinin martın 12-də keçirdikləri "tədbir" barədə xəbər yayılıb. Qeyd olunub ki, Kəlbəcərə, Şuşaya, Zəngilana və işğaldan azad olunmuş digər Azərbaycan rayonlarına "qayıdış" məqsədilə yaradılan bu "birlik" öz "hüquqlarının müdafiəsi və siyasi dəstək" üçün müxtəlif beynəlxalq təşkilatların köməyindən istifadə etmək üçün yazılı müraciətlər ünvanlayıb. Avropa İttifaqının maliyyə dəstəyi ilə fəaliyyət göstərən bu "birlik" "Ermənistan vəkillər Assambleyası" tərəfindən daim hüquqi dəstək alır. Yazıdan o da görünür ki, "təşkilatda" birləşmiş "qayıdışçıların" başçılarının əksəriyyəti qadınlardır. Erməni qadınların siyasətdə hansı rolu oynamaları isə real tarixi faktlardır.

N.Qaramanlı

Oxşar xəbərlər