05.02.2025, 20:50
AZ EN
05.02.2025, 17:30 53

Akademiyanın bəzi institutları ləğv ediləcək

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, hökumət elmi kadrların attestasiya sistemində ediləcək dəyişikliklərlə bağlı layihəni bəyənib.

Belə ki, 2026-cı ildə elmi işçilərin attestasiyası yeni tələblərlə aparılacaq və bunun maaşlara da təsiri olacaqdır. Elmlər akademiyasının akademik-katibi Artur İşxanyan jurnalist Sona Adamyanla söhbətində sözügedən məsələyə aydınlıq gətirib. O, deyib ki, 2026-cı ildə keçiriləcək attestasiya 2021-ci ildəkindən tam fərqli olacaq və fəlsəfi baxımdan bunun həm yaxşı, həm də pis tərəfləri var. Belə ki, attestasiyadan uğurla keçən institutlar və elmi işçilər öz işlərini davam etdirəcəklər. Aşağı nəticə göstərən institutlar isə ya tam ləğv ediləcək, ya da başqa institutun tərkibində şöbəyə çevriləcək, işçilər ixtisar ediləcək, işdə qalanların isə maaşları növbəti attestasiya keçirilənədək artırılmayacaq.Yüksək nəticə göstərən elmi işçilərin bu dəyişiklikdən razı qalacaqlarını vurğulayan akademik-katib onu da deyib ki, bu həm kadrların düzgün yerləşdirilməsinə, həm də onların maddi rifahının yüksəldilməsinə real töhfə verəcəkdir.

Belə getsə, hay elmi işçilərin çoxu yəqin ki, müxalifətə üz tutaraq  günahı özündə deyil, Nikolda axtaracaq.

N.Qaramanlı

Oxşar xəbərlər