- "Hraparak" xəbər verir ki, baş nazir Nikol Paşinyanın ciddi tapşırığına əsasən "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri və partiya fəalları yanvarın 15-dən etibarən bölgələrdə səfərdə olublar. Onlar əhali ilə söhbətlər apararaq Konstitusiyanın dəyişdirilməsinə zərurət olub-olmadığına münasibəti araşdırıblar. Agentlik vurğulayıb ki, əhalinin çoxu Konstitusiyanın dəyişdirilməsinin və Qarabağdan köçənlərin geri qayıtmasının əleyhinədir. Onlar bunu müharibəsiz yaşamaq istəkləri ilə izah ediblər. Bildirilib ki, hər hansı dövlətlə sülh müqaviləsi imzalamaq əsas qanunda dəyişiklik etmədən də mümkündür.
Görünür, erməni əhalisi hələ də öz konstitusiyalarından ya xəbərsizdirlər, ya da beyinləri xəstə olduğu üçün onun mahiyyətinə varmırlar. Xatırladaq ki, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları açıq-aydın göstərilib. Ermənilərin müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasına maneə olmalarının kökündə də məhz bu fakt durur.
N.Qaramanlı