25.04.2025, 17:02
AZ EN
04.04.2024, 16:02 286

Erməni deputatlar inteqrasiyanı müzakirə ediblər

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, bu gün Ermənistan parlamentində "Ermənistanın Avropaya inteqrasiyasının perspektivləri və çağırışları" mövzusunda dinləmələrə start verilib.

Agentliyin müxbiri Karen Martirosyan sözügedən xəbərə əlavə edib ki, ictimai-siyasi xadim Edqar Qazaryan dinləmələr zamanı iqtidarın və şəxsən baş nazir Nikol Paşinyanın ünvanına təhqirli ifadələr işlədib. O, Paşinyan 21-ci əsrdə diplomatiyanın öz incəlikləri var sözlərinə cavab olaraq deyib ki, bəs sizin diplomatiya necə aparılır? Harada xarici pasportu olan adam görürsünüzsə, əyilib ayaqqabılarını yalayırsınız və buna diplomatik gediş adı verirsiniz.

Qazaryanın bu çıxışı hiddətlə qarşılanıb və spiker fasilə elan etməyə məcbur olub.

N.Qaramanlı

Oxşar xəbərlər