29.06.2025, 09:20
AZ EN
23.01.2025, 13:30 305

Haylar etiraz edirlər

XƏBƏRLƏR
  • "Hraparak" xəbər yayıb ki, bu gün Ermənistan hökumətinin növbəti iclası keçirilib. Baş nazir Nikol Paşinyan rəsmi səfərdə olduğuna görə iclasa onun müavini Mher Qriqoryan sədrlik edib və 26 məsələ barədə danışılıb.

Hökumət binasının həyətində isə xeyli adamın iştirak etdiyi etiraz aksiyası davam etməkdədir. Qiymət və vergi artımı ilə bağlı etiraz bildirən vətəndaşlar Nikol Paşinyanın "bu xalqın qapısıdır, kim nə vaxt istəsə, qapını açıb içəri girə bilər" sözlərini xatırladaraq binaya girib sözlərini çatdırmaq istəyiblər. Amma polislər onları buraxmayaraq bildirib ki, baş nazir hazırda xaricdədir.

N.Qaramanlı

Oxşar xəbərlər