01.08.2025, 19:35
AZ EN
16.07.2024, 10:07 269

İrəvanda ara qarışacaq

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, dünən axşamdan gecə yarıyadək İrəvanda bütün mərkəzi yollar qəflətən bağlanıb və polislər rəyd keçiriblər.

Agentliyin etibarlı mənbəyinə istinadən əlavə etdiyinə görə reyddə məqsəd şəhərə silah daşınacağı barədə alınan məlumatlar olub. Avtobuslar istisna olmaqla bütün minik və yük maşınları xidməti itlər də cəlb olunmaqla yoxlanılıb, amma deyilənlər təsdiqini tapmayıb.

Belə bir xəbər də bildirilir ki, silahı gətirən maşının sürücüsü  reyd keçirildiyini görüb və başqa yerə gedib. Polis rəisi jurnalistlərə açıqlamasında reydlərin davamlı olacağını bildirib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər