02.08.2025, 06:05
AZ EN
21.08.2023, 13:38 365

Ermənilər yenə aksiya keçirir

XƏBƏRLƏR

Yayın son ongünlüyü də ermənilər üçün fitnə-fəsadlarla başlayıb. Onlar reallığı qəbul etməməklə, həm də beynəlxalq qurumlar qarşısında özlərinin orta əsrlər düşüncəsinə malik olduqlarını isbatlayırlar. "Hraparak"ın verdiyi xəbərə görə, bu gün BMT-nin İrəvandakı ofisi qarşısında hazırda etiraz aksiyası keçirərək Laçın yolunun guya bağlı olduğundan şikayətlənirlər. Aksiyanın təşkilatçısı isə bu yaxınlarda yaradılmış "açılış" adlı ifrat radikal təşkilatdır. Üzvlərinin əksəriyyəti Qarabağda doğulmuş ermənilər olan bu qurum BMT təhlükəsizlik şurasının son iclasının qərarından narazılıq ifadə etməklə Azərbaycanın əleyhinə təxribatlar səsləndirirlər.

Ofisin yerləşdiyi binanın giriş və çıxışını kəsən separatçılar tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini bildiriblər.

N.Qaramanlı

Oxşar xəbərlər