22.11.2024, 23:17
AZ EN
10.11.2023, 16:41 197

Paşinyan Makronla müzakirə etdiyi məsələləri açıqlayıb

XƏBƏRLƏR
  • “Biz Cənubi Qafqazdakı vəziyyətlə bağlı şəraiti müzakirə etdik”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” səhifəsində Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla müzakirə etdikləri məsələdən yazarkən vurğulayıb.

O qeyd edib ki, səfər zamanı Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 9-da Emmanuel Makronla görüşüb, noyabrın 10-da isə VI Paris Sülh Konfransına qatılıb. (Report)

Oxşar xəbərlər