09.06.2025, 14:56
AZ EN
01.07.2024, 13:16 346

Paşinyan: Ermənistanda demokratiyanın keyfiyyətindən narazıyıq

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə demokratiyanın keyfiyyətindən narazı olduğunu bəyan edib.

Ermənistan KİV xəbər verir ki, o, bunu “Demokratiya uğrunda Ermənistan forumu”nda çıxışı zamanı deyib.

“Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilməyib”, - o bildirib.

Baş nazir qeyd edib ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır: “Bizim üçün demokratiya strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”. (Report)

Oxşar xəbərlər