14.03.2025, 22:18
AZ EN
08.01.2025, 17:52 157

Deputat "xilas yolu" tapıb

XƏBƏRLƏR
  • Hayastan parlamentinin müxalif deputatı Artur Xaçatryan deyib ki, Prezident İlham Əliyev hər bir çıxışında Ermənistanın ünvanına tənqidlər ünvanlayır. Baş nazir Nikol Paşinyan isə susurdu. Amma bu dəfə belə olmadı. Paşinyan təcili Armenpressə müsahibə verərək Azərbaycanın dövlət başçısının 7 yanvar tarixli müsahibəsinə münasibət bildirdi.

Bu daxili auditoriyaya hesablanmış addımdır deyən deputat əlavə edib ki, müsahibələrdəki məntiqləri də tam fərqlidir. Azərbaycanın lideri cəsurluq, hay baş nazir isə növbəti kapitulyantlıq göstərdiyinə görə fərqlənirlər. Deputat sonda deyib ki, Ermənistan böyük təhlükə və dövlətçiliyini itirmək ərəfəsindədir. Bunun baş verməməsi üçün isə Nikol Paşinyan istefa verməlidir.

Qəribə təklifdir! Məgər Ermənistanın baş naziri Nikol deyil, bu Arturun özü olsa biz Qərbi Azərbaycana qayıtmaq üçün mübarizə aparmayacağıq?

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR