19.11.2025, 21:01
AZ EN
18.11.2025, 12:07 217

ABŞ rəsmisi Zəngəzur dəhlizinə görə Gürcüstandadır

XƏBƏRLƏR
  • ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas Gürcüstanda rəsmi səfərdədir. Səfərin məqsədi Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Gürcüstanın ortaq mövqedən çıxış etmək imkanlarını birlikdə müzakirə etməkdir.

"Vətən səsi" xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ rəsmisi səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyi və Baş nazir Administrasiyası, eləcə də beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək.

“ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonası Gürcüstanda qəbul etməkdən məmnunuq. Onun səfərinin məqsədi Gürcüstanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”na (qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi) necə dəstək verə biləcəyini müzakirə etməkdir. Bu nəqliyyat marşrutu avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilmiş sülh sammitinin nəticəsidir", - deyə səfirlik bəyan edib.

Xatırladaq ki, ABŞ dövlət katibinin müavini Elison Huker də Zəngəzur dəhlizinə görə dünən Ermənistanda səfərdə olub. O, avqustun 8-də ABŞ və Ermənistan liderlərinin, habelə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Vaşinqtonda keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmaların icra vəziyyətini öyrənmək və müvafiq məsələri müzakirə etmək üçün İrəvanda bir sıra görüşlər keçirib. Elison Huker Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi və Türkiyə üzrə xüsusi nümayəndə ilə ayrı-ayrılıqda görüşüb.

Elxan SALAHOV

Oxşar xəbərlər