Ermənistan parlamentinin bu günkü iclasında fasilə zamanı Göyçənin qubernatoru Karen Sarkisyan jurnalistlərin bölgədəki durumla bağlı sualını cavablandırarkən deyib ki, son vaxtlar aparılmış danışıqların nəticəsində Azərbaycanla sərhəd kəndlərdə həyat əvvəlki axarına düşüb. Azərbaycan ordusu atəşkəsə əməl etdiyinə görə kənd təsərrüfatı işlərində çətinlik yaranmayıb. O, Zod mədəni ilə bağlı sualı da cavablandırıb və bildirib ki, yaxın aylarda açıq havada mədəndəki işlər onsuz da dayandırılmalı idi. Amma təhlükəsizlik baxımından işlər məhz indi dayandırılıb. Örtülü mədənlərdə isə işlər indi də davam edir.
Nəsib