10.06.2025, 01:26
AZ EN
10.01.2025, 11:49 295

Avropa İttifaqına üzv olmaq Ermənistanı məhv edəcək

XƏBƏRLƏR
  • Ermənistan iqtidarına qarşı sonadək mübarizə aparacağına hələ 44 günlük müharibə zamanı and içən müxalifətçi Tiqran Abrahamyan hay hakimiyyətinin yanvarın 9-dakı iclasında Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsinin qəbuluna qarşı fikir bildirib.

O, deyib ki, Rusiya tərəfi bu olayı Ermənistanın daxili işi hesab etsə də, bu əslində siyasi etika xətrinə deyilib. Əlavə edib ki, Kremlin 3 yüksək vəzifəli nümayəndəsinin - sabiq prezident, hazırda təhlükəsizlik şurası katibinin birinci müavini olan Medvedyevin, Rusiya Federasiyası prezidentin mətbuat sözçüsü Peskovun və baş nazirin müavininin sözügedən məsələyə eyni gündə münasibət bildirməsi heç də təsadüfi deyil. Onlar bunu Ermənistanın daxili işi kimi qəbul etdiklərini bildirsələrdə, əslində belə düşünmədiklərini hər bir siyasətçi aydın başa düşür. Ermənistanı guya Azərbaycan tərəfindən böyük təhlükə gözlədiyini iddia edən Tiqran həyəcanla əlavə edib ki, haylar üçün Azərbaycandan daha çox Rusiya təhlükəlidir.

Sonda əlavə edib ki, gün gələcək Avropa hayların dövlətçiliyinin məhvinə də səbəb və şahid olacaqdır.

Nə deyirik, təki o gün tez gələ!

Nəsib Qaramanlı

Oxşar xəbərlər