- "Hraparak"ın müxbiri Susan Simonyan Suren Papikyanın müdafiə nazirliyini korrupsiya yuvasına çevirməsi barədə növbəti yazısını paylaşıb. O, qeyd edir ki, S.Papikyan həm nazirliyinin mərkəzi aparatının, həm də ordu korpuslarını, bütün qərargahları peşəkarla deyil, tanışları və dostları ilə "komplektləşdirib "Həmin şəxslər isə ordunun keyfiyyətinin yüksəldilməsinə deyil, yalnız öz himayədarları olan nazirin maddi maraqlarının təmin olunmasına xidmət edirlər.
Nazirliyin binasından həm də əxlaqsızlıq yuvası kimi istifadə edildiyi barədə videoya çəkilmiş faktlar olsa da bu məsələnin ört-basdır edilməsinə nail olunduğunu bildirən müxbir sonda belə qənaətə gəlib ki, belə nazirlə döyüşə yox, banketə getmək daha düzgün seçimdir.
N.Qaramanlı