09.06.2025, 17:33
AZ EN
06.03.2025, 15:30 174

Vartan Ararata hücum edir

XƏBƏRLƏR
  • Bu gün hay mətbuatına istinadən xəbər vermişdik ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda həbsdə olan hayların sərbəst buraxılması üçün hətta müharibə etməyin vacibliyini bildirən revanşçıların sağlam düşüncəyə malik olmadıqlarını açıqlayıb. Onun ayrı-ayrı şəxslərin mənafeyinin dövlətin və xalqın mənafeyindən üstün tutulmasının əsl xəyanət olduğunu deməsi də revanşçılara əsl şapalaq təsiri edib.

Hayların sabiq xarici işlər naziri Vartan Voskanyan isə həmişə olduğu kimi bu dəfə də təkcə siyasətdən deyil, həm də adi sağlam düşüncədən məhrum olduğunu isbatlayıb. O, hakimiyyəti ilyarım ərzində Bakı ilə razılığa gəlib orada həbsdə olan hayları geri qaytara bilməməkdə günahlandırıb. Qəribədir deyilmi?

Xarici işlər naziri Ararat Mirzoyanın reallıqdan söhbət etməsi də Vartanı əsəbləşdirib və o, sosial şəbəkədə "Ararat sən kimsən ki, danışmağa haqqın yoxdur, Bako Sahakyan və başqaları Bakıda daha azaddırlar nəinki sən burda", - deyə paylaşım edib.

N.Qaramanlı

Oxşar xəbərlər