Ermənistan parlamentinin sədri Alen Simonyan onların müddətinin uzadılıb-uzadılmayacağı ilə jurnalist sualına cavab olaraq bildirib ki, Azərbaycan "müşahidə missiyasının" vaxtının uzadılmamasını təkidlə tələb edir, Ermənistanın isə bununla öz variantı var. Agentlik əlavə edib ki, jurnalistin, “həmin variant nədən ibarətdir” sualına birbaşa cavabdan yayınan hay spiker deyib ki, hazırda danışıqlar gedir və onun məzmununun açıqlanması məqsədəuyğun deyil. O, Azərbaycanla bəzi sərhəd məntəqələrində, məsələn Kirançda müşahidə missiyası yoxdur və buna ehtiyac da hiss olunmur deyə sözügedən məsələdə Azərbaycanın tələblərinə əməl ediləcəyini üstüörtülü açıqlayıb.
Xatırladaq ki, Avropa İttifaqının müşahidə missiyası adı altında Ermənistana göndərdiyi 200 nəfərdən çox heyətin əksəriyyəti sabiq hərbçilərdən, polislərdən ibarətdir və onların "missiyası" bu ilin fevralında başa çatır.
N.Qaramanlı