21.11.2024, 23:12
AZ EN
28.06.2024, 10:39 268

Bu erməninin psixi müalicəyə ehtiyacı var

XƏBƏRLƏR
  • Urcaçor icmasının sabiq başçısı Rafiq Andreasyan "Hraparak"ın müxbiri Hayk Gevorkyanla söhbətində təkcə baş nazir Nikol Paşinyanın ünvanına əsassız ittihamlar irəli sürmür, həm də siyasətdən xəbərsiz olduğunu göstərir və yeni müharibə olmasını təbliğ edir.

2018-ci ildən indiyədək dövlətin xeyrinə heç bir iş görülmədiyini, əksinə müstəqilliyin təhlükə altında olduğunu iddia edən bu naşılıq örnəyi deyir ki, Nikol Paşinyan "qədim erməni torpaqlarını təslim etmək sahəsində böyük təcrübə toplayıb" və bu dəfə Kərki kəndini "təslim etməyə" hazırlaşır. Həmin kənd Azərbaycana qaytarıldıqdan sonra hayların ətraf ərazilərdən keçəcəyini proqnozlaşdıran sabiq icma rəhbəri təklif edir ki, danışıqlar müxtəlif üsullarla uzadılsın və bu müddətdə xaricdəki dostlarından silahlar alınaraq müharibəyə başlanılsın. 44 günlük müharibənin iştirakçısı olan hayların mövcud problemlərini hökumətin qəsdən həll etmədiyini deyən R.Andreasyan belə bir sərsəm fikir də bildirib ki, əgər N.Paşinyan istefaya getməsə, onu fiziki məhv edəcək şəxs erməni xalqının xilaskarı hesab olunacaq. Göründüyü kimi, həm müharibə, həm də terrorçuluq tərəfdarı olan bu erməninin psixi dispanserdə müalicəyə ehtiyac var.

N.Qaramanlı

Oxşar xəbərlər