18.12.2024, 12:41
AZ EN
18.12.2024, 10:27 155

Davoyanın davası davam edir

XƏBƏRLƏR
  • "Hraparak" xəbər yayıb ki, baş nazir Nikol Paşinyan daim sabiq iqtidarların ünvanına korrupsiya, dövlət əmlakını mənimsəmə və s. ittihamlarla  çıxış etsə də öz komandasının cinayətlərinin açıqlanmasında maraqlı deyil.

"Bu barədə isə ən çox danışan onun öz partiyasından deputat olan Arpi Davoyandır"- deyə media qurumu əlavə edib ki, partiyanın funksionerlərinin son toplantısında A.Davoyan Paşinyandan niyə tədbir görülməməsinin səbəbini açıqlamağı israrla xahiş edib. Baş nazir isə öncə "elə deyil, istintaq gedir" desə də sonra uca səslə bildirib ki, "baş nazirin işi təkcə bir fondda baş verənləri araşdırmaq deyil”.

Media qurumu xatırladıb ki, 2019-2023-cü illərdə iqtidar partiyasının təşəbbüsü ilə yaradılan xeyriyyə fonduna dövlət tərəfindən böyük məbləğdə vəsait keçirilsə də həmin vəsait təyinatı üzrə xərclənməyib. Fondun icraçı direktoru Avinyan isə həmin vəsaitin xeyli hissəsini bələdiyyə seçkilərində öz təşviqatı üçün xərcləyib və hazırda İrəvan şəhər bələdiyyəsinin sədridir.

Hakim partiyanın rəhbərlərinin olaydan xəbəri olsa da müşahidəçi mövqeyində dayandığını vurğulayan deputat Arpi Davoyan həqiqətin araşdırılması və müqəssirlərin cəzalandırılması üçün sonadək mübarizə aparacağını diqqətə çatdırıb. Yazının müəllifi isə bu fikirdədir ki, əgər belə davam edərsə, həmin deputat öz mandatından məhrum edilə bilər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər