19.10.2024, 13:38
AZ EN
04.04.2024, 15:21 224

Paşinyan iclasda tez-tez əsnəyib

XƏBƏRLƏR
  • Bu gün Ermənistan hökumətinin növbəti iclası olub. İclasda 3-ü məxfi olmaqla müzakirə edilən məsələlər barədə həmişəkindən az danışılıb.

Bu barədə xəbər verən "Hraparak"da məqaləsi paylaşılan Armen Hovasapyan bir neçə məqamı xüsusi vurğulanıb. Qeyd edib ki, baş nazir iclasda bütövlükdə 27 dəqiqə danışıb və  tez-tez əsnəyib, sonra isə gülümsəyib. Baş nazir vətəndaş sözü ilə əlaqədar bildirib ki, Qarabağdan köçənlər Hayastan vətəndaşı adlana bilməzlər. Onlar məcburi köçkündürlər.

Müəllif sonda əlavə edib ki, baş nazir yenə də mətbuatda "arsax" və "arsaxlı" sözlərinin işlədilməməsini tapşırarkən yenə əsnəyib, "bu gün bu nədir belə"- deyərək ətrafındakılara baxıb.

Görəsən, o niyə əsnəyirmiş. Axı el məsəlində deyilir ki, əsnəmək əsnək gətirir, tövlədəkinin vay halına.

N.Qaramanlı

Oxşar xəbərlər