20.10.2024, 01:23
AZ EN
27.06.2024, 10:23 257

Erməni hüquqşünas terrorçu ilə hərbi əsiri ayıra bilmir

XƏBƏRLƏR
  • Özünü Avropa Məhkəməsinin insan haqqları üzrə Ermənistan nümayəndəsi kimi təqdim edən Siranuş Sahakyan "Hraparak"ın müxbiri Hayk Gevorkyana verdiyi müsahibədə terrorçu ilə hərbi əsiri  bir-birindən ayıra bilmədiyini sübut edib.

O,akıda istintaq təcridxanasında olan terrorçu hayları hərbi əsir kimi qələmə verir və onların azadlığa buraxılması üçün beynəlxalq təşkilatlara müraciət edir. Deyir ki, Rusiya ilə Ukrayna arasında da müharibə gedir və vaxtaşırı əsirlər dəyişdirilir. Özünü beynəlxalq dərəcəli hüquqşünas hesab edən bu erməni qadın hələ də dərk edə bilmir ki, 19 sentyabrda Azərbaycan heç bir dövlətə hücum etməyib. Azərbaycan öz suveren, beynəlxalq təşkilatların tanıdığı ərazisində bir günlük antiterror əməliyyatı aparılıb və terrorçuları - əli minlərlə dinc azərbaycanlının qanına batmış cinayətkarları məsuliyyətə cəlb edib və onların saxlanma şəraiti yüksək səviyyədədir. Belə olduğu halda haysayağı qarayaxmalarla dünya ictimaiyyətini aldatmağa cəhd etmək xüsusilə hüquqşünas adını daşıyana yaraşmaz.

N.Qaramanlı

Oxşar xəbərlər