Baş nazirə irad bildirilib ki, Ermənistan rəsmiləri çıxışlarında təhqirli sözlər işlətməsinlər və Azərbaycanın tələblərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərsinlər. Amma Paşinyanın komandasında olan deputat Hakop Aslanyan daim Azərbaycanın ünvanına tənqidlər səsləndirir və hətta "mənim üçün yaxşı türk ölmüş türkdür" deyərək sülh müqaviləsinin bağlanmamasını istəyir ki, bu da Paşinyanın narazılığına səbəb olur. "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri ilə sonuncu qapalı görüşdə Paşinyan tərəfindən tənqid olunan həmin deputatın yenə də öz mövqeyində olduğunu bildirən agentlik əlavə edib ki, o, iqtidar komandasında olsa da revanşçı qüvvələrlə, xüsusilə "Qarabağ klanı" ilə sıx təmasdadır.
Türkiyədə zəlzələ olanda Ermənistanın da yardım etdiyini dəfələrlə xatırlayan və buna qarşı düşmən mövqeyi sərgiləyən H.Aslanyan bu məsələdə də guya cənab İlham Əliyevin göstərişlərinin olduğunu həyasızcasına vurğulayaraq Azərbaycanla sülh danışıqlarının dayandırılmasını istədiyini dəfələrlə açıqlayıb. "Hraparak" əlavə edib ki, bu isə nə Paşinyanın, nə də digər rəsmilərin marağına uyğun deyil və onlar çalışırlar ki, Azərbaycanın istəklərini yerinə yetirsinlər.
Təki belə olsun.
Nəsib Qaramanlı