20.09.2024, 00:04
AZ EN
29.08.2024, 15:22 130

Ermənistanda 2027-ci ildə konstitusiya islahatı planlaşdırılır

XƏBƏRLƏR
  • Ermənistanda 2027-ci ildə konstitusiya islahatı ilə bağlı referendum keçirilməsi planlaşdırılır.

Ermənistan mediası xəbər verir ki, bunu ədliyyə naziri Qriqor Minasyan deyib.

“Bizə konstitusiya dəyişiklikləri deyil, yeni bir konstitusiya lazımdır. Müzakirə etdik və bu məsələdə konsensusa gəldik”, - deyə o bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da demişdi ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var və bununla bağlı referendum keçirilməlidir.

Qeyd edək ki, İrəvan və Bakı arasında sülh müqaviləsi imzalanmasına mane olan əsas amillərdən biri məhz Ermənistanın mövcud konstitusiyasıdır. Çünki həmin sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR