- "Hraparak"ın bu gün paylaşdığı "Samvel Babayanın komanda yoldaşları arasında yumruq və atəş davası" başlıqlı xəbərdə qeyd olunur ki, dünən sözügedən banda arasında növbəti "razborka" döyülmə və odlu silahdan atəş açma ilə yadda qalıb. Olaya səbəb isə mayın 28-də separatçı Hayk Xanumyanın özünün banda yoldaşına "lakot" (it küçüyü) deməsi olub. Tərəflər öncə bir-birini təhqir edərək yumruqlaşıb, sonra isə silaha əl atıblar.
Agentlik belə bir versiya irəli sürür ki, onlardan hansısa Araik Harutyunyandan aldığı vəsait və təlimat əsasında dava salıb. Səbəb isə sözügedən bandanın iddialarını gözdən salmağa çalışanların şəxsi maraqlarının toqquşmasıdır.
Dava salanlar arasında həbs olunanlar da var.
Nəsib