Qeyd olunur ki, bir neçə gün öncə nəqliyyatda qiymət artımı təkliflərinə qarşı etiraz aksiyaları keçirildi və bu söhbətə son qoyuldu. Digər məsələlərdə də yekdil fikir olarsa, hakimiyyət cəmiyyətin istədiyinə əməl etmək məcburiyyətində qalacaq. Ölkədə işsizliyin səviyyəsinin artmasına, işsiz ali təhsilli gənclərin sayının getdikcə artmasına diqqət çəkən baş redaktor vurğulayır ki, vaxtilə böyük ideyalar uğrunda mübarizə aparan cəmiyyət indi yalnız gündəlik qayğıları ilə baş-başa qalıb və çıxış yolunu tapa bilmir. Gündəlik problemlər artdıqca isə hakimiyyətin öz yerini möhkəmləndirdiyini müşahidə etdiyini bildirən "müxalif qaynana" bunun aradan qaldırılması üçün yeganə çıxış yolunu əhalinin ötən əsrin 90-cı illərindəki ab-havaya qayıtmasında görür və inanır ki, əgər bu baş verməsə Ermənistan düşmən müdaxiləsi olmadan da süqut edəcək.
Kaş belə də ola!
Nəsib Qaramanlı