20.12.2024, 23:44
AZ EN
22.03.2024, 16:25 210

KİV: ABŞ-nin Ermənistandakı səfiri İrəvanda Konstitusiya Məhkəməsinin iclasında iştirak edib

XƏBƏRLƏR
  • ABŞ-nin Ermənistandakı səfiri İrəvanda Konstitusiya Məhkəməsinin iclasında iştirak edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, dünən paytaxt İrəvanda Ermənistanın Konstitusiya İslahatı Şurasının iclası keçirilib və ABŞ səfiri Kristina Kuinin Konstitusiya Məhkəməsinin binasına daxil olması media nümayəndələrinin gözündən yayınmayıb. Onu Məhkəmə binasının önündə qarşılayıb içəri dəvət ediblər.

Xatırladaq ki, bir müddət bundan öncə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkəsinin yeni konstitusiya hazırladığını bəyan edib. Bununla yanaşı, səfir Kuin də ötən ay Baş nazirlə görüşü zamanı Ermənistanda islahatların həyata keçirilməsinə köməklik göstərəcəyi ilə bağlı vəd verib. (APA)

Oxşar xəbərlər