“Sputnik Armenia” xəbər verir ki, o, martın 19-da parlamentdə Ermənistanda Avropa missiyasının statusu haqqında sazişin ratifikasiyasını müzakirə edən zaman bunu deyib.
Müxalif “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan bildirib ki, sənədə əsasən, missiyaya Aİ-dən kənar ölkələrin nümayəndələri də daxil ola bilər, lakin Ermənistan tərəfindən namizədlərin təsdiqi ilə bağlı heç bir bənd yoxdur.
"Aİ-yə belə bir imkan verilsə, o zaman missiyaya Türkiyədən və ya Albaniyadan müşahidəçi daxil ola bilərmi? Ermənistan müşahidəçilərin sayına nəzarət edə bilərmi?" – Manukyan soruşub.
Qanun layihəsini təqdim edən nazir müavini cavab olaraq deyib ki, bu məsələdə razılıq siyasi dialoq yolu ilə əldə edilir. O buna miasl kimi Kanada nümayəndəsinin missiyaya cəlb edilməsini xatırladıb.
Mnatsakan Safaryan əlavə edib ki, missiya nümayəndələrinin sayı da müzakirə edilir və bu, tərəflər üçün məcburi məqamdır.
Səfərian bildirib ki, 2003-cü ildən bəri dünyada Aİ-nin 37 hərbi və mülki missiyası fəaliyyət göstərir. Hazırda 21 (12 mülki, 9 hərbi) fəaliyyət göstərir.
Qeyd edək ki, sazişə əsasən, müşahidəçi statusu diplomatik statusa yaxın olacaq, müşahidəçilər monitorinq funksiyalarını yerinə yetirmək baxımından hüquqi toxunulmazlığa malik olacaqlar.
Aİ müşahidəçi missiyası 20 fevral 2023-cü il tarixindən Avropa Şurasının qərarı ilə daimi əsasda rəsmi olaraq Ermənistanda yerləşdirilib. Bundan əvvəl, 2022-ci ilin oktyabrından missiya müvəqqəti olaraq Ermənistanda idi. Hazırda Ermənistanın Azərbaycanla sərhədində missiya yerinə yetirən avropalı müşahidəçilərin sayı 209 nəfərdir. (APA)