22.11.2024, 04:19
AZ EN
24.02.2023, 10:00 264

Paşinyanla Harutyunyanın fərqi nədədir

XƏBƏRLƏR
  • Qəzetimizin fevralın 22-dəki buraxılışında qeyd etmişdik ki, "Hraparak" media qrupunun rəhbəri, müxalif qaynana ləqəbli Armine Ohanyan 2 ay fasilədən sonra yenidən hakimiyyətə qarşı kəskin tənqidi yazıları ilə diqqəti çəkməyə başlayıb.

O, sözügedən qurumun bu günkü sayında "Mühüm fərq" başlığı altında paylaşdığı yazısında həmkarlarından fərqli üslubla Nikol Paşinyanın və separatçıların başçısı Araik Harutyunyanın oxşar və fərqli cəhətləri barədə açıqlamalar verib.

O yazır: Çoxları əmindir ki, Araik Harutyunyan "arsaxın Nikoludur". İndiki duruma görə onun günahı az deyil. Onu da təsdiqləyirlər ki, o, hər bir məsələni Nikolla da "dəqiqləşdirir" və onun əmrlərini tələm-tələsik yerinə yetirir. Məgər mübahisə edirlər? Amma Araik Harutyunyan bir məsələdə Ermənistanın baş nazirindən şəhanə dərəcədə fərqlənir və bu olduqca mühüm fərqdir.

Paşinyandan fərqli olaraq Araik Harutyunyan öz əleyhdarlarını heç vaxt söymür, ictimaiyyətin gözündən salmır, əksinə çalışır ki, onunla əməkdaşlıq üçün hansısa ortaq xətti tapsın. Dünən o çoxlarına pis təsir edən bir başlıca işini gördü, yəni Ruben Vartanyanı uzaqlaşdırdı.Görün o, sonra nə dedi: "Daxildə qarşılıqlı hörmət və dözümlülük çox mühümdür. Hamı dərk etməlidir ki, daxildə düşmənimiz yoxdur. Biz öz vətənimizdə yaşamaq və mübarizə aparmaq kimi şərəfli yol seçmişik. Hamımız da eyni sırada və eyni mövqedəyik."

Erməni parlamenti sədrinin müxalif qaynanası daha sonra A.Harutyunyanın  R.Vartanyanın şəxsiyyəti,vətənpərvərliyi barədə xoş sözlər deyərək onun Xankəndidə qalıb xalqına başqa sahədə də xidmət edəcəyinə inandığını vurğulayıb və əlavə edib ki, Paşinyan isə rəqibinə, müxalifətə cinayət işi açdırır, onları hər cür  kobud sözlərlə təhqir edir.

Qeyd edək ki, Araikin  Ruben Vartanyan barədə xoş sözlər deməsi yalnız daxili auditoriya üçündür. Həqiqət isə tam başqa məzmundadır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR